Please enter your e-mail address. We will send your password immediately.

17 Mart 1942 ci də Chicagoda anadan olan John Wayne Gacy tipik bir Amerika vətandaşıdır. Xəstəxanalarda xəstə uşaqları könüllü olaraq eyləndirən xeyirxah görünümlü John 11 yaşında başına aldığı yelləncək zərbəsinə görə ağır yaralanır. 16 yaşına qədər yaddaş problemləri ilə yaşayan John, 1964 ilində evlənir lakin 1968 ilində bir oğlan işçisinə qarşı etdiyi cinsi tacəvüz səbəbi ilə həbs edilir. 10 il həbs cəzası alan John 18 ay həbsdə qaldıqdan sonra sərbəst buraxılır. Bu səbəblə evləndiyi qadın onu tərk edir. Baş vermiş hadisələrdən sonra John doğulduğu yerə yani Chikagoya geri dönüb ikinci evliliyini də burada həyata keçirir. İş həyatındakı irəliləyişlərlə yanaşı boş zamanlarını klounluqla keçirən John hərkəs tərəfindən sevilərək rəğbətlə qarşılansa belə onun planları başqadır. John zaman zaman ətrafında güvənini qazandığı oğlan uşaqlarını evinə dəvət edib müxtəlif işgəncələr edərək öldürür. Bir müddət sonra ətrafda itkin uşaqların çoxaldığı üçün işə polis qarışır. Johnun evinə basqın edilsə belə heçbir dəlil tapılmır lakin evin zirzəmisindən gələn pis qoxu polislərin diqqətini çəkir. Zirzəmidən götürülən nümunələr əsasında ikinci basqın zamanı evin zirzəmisində divara hətta yerə basdırılmış oğlan cəsədləri çıxarılır və John basdırılmış digər cəsədlərində yerini etiraf edir bununla yanaşı ətrafdakı göldəndə çıxarılan bir neçə oğlan cəsədi ilə birlikdə pedofil olan John'un 33 cinayət işlədiyi bəlli olur. Edam cəzasına məhkum edilən John özünü psixaloji problemləri olan biri kimi qələmə verərək edam cəsazından boyun qaçıra bilir. 1980 ci ildə I'llinoisdəki Menard islah mərkəsinə göndərilən John, 14 il sonra 10 May 1994 də Statesville də öldürücü iynə ilə infaz edilir. 1986 cı ildə yazılmış və 2017 ci ildə üstünə film çəkilmiş Stephen King'in yazdığı " IT " yani " O " əsəri də bir çoxlarına görə bu qatildən ilhamlanaraq yazılıb.